Rusiya Xarici İşlər Nazirliyi Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmadığını açıqlayıb.
Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb.
O bəyan edib ki, Ermənistan tərəfinin Qarabağda ermənilərə qarşı etnik təmizləmənin aparılmasına dair sübutu varsa, təqdim etsin. pizza
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin öhdəliyini yerinə yetirməməsi ilə bağlı rəsmi İrəvanın ittihamlarına cavab verən Zaxarova qeyd edib ki, sülhməramlı qüvvələrə qarşı səsləndirilən ittihamlar əsassızdır:
“Rusiya Federasiyası erməni siyasətçilərin Qarabağda Rusiya sülhməramlılarına qarşı ittihamlarını destruktiv hesab edir, bunlar faktlarla manipulyasiya etmək cəhdləridir”.
Telegram kanalımız