Rusiya Zelenskinin ofisini vurmağa hazırlaşır?

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Zelenskinin ofisini vurmağa hazırlaşır?

Dünya

13 Avqust 2024 12:15 455


"Putin Kiyevdəki hökumət məhəlləsinə hücum edərək Ukraynadan qisas ala bilər". 

Yenisabah.az "Bild"ə istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Kiyevdəki parlament və digər hökumət binalarına raket hücumlarının qarşısını almağa hazırlaşır. 

“Rusiya dünyaya hər şeyə qadir olduğunu və Kursk məsələsinin cəzasız qalmayacağını göstərmək üçün çox sərt cavab verməlidir, nəhəng bir şey etməlidir”, - ukraynalı mənbə bildirib.  Pepperoni pizza

Mənbənin sözlərinə görə, Rusiya Kiyevə yüzlərlə raket zərbəsi endirə bilər. Ukrayna ordusunun nümayəndəsi bunu hava hücumundan müdafiə üçün “böyük problem” hesab edir, lakin Ukraynanın belə bir hücumu dəf edə biləcəyinə inanır. 

Digər bir ukraynalı məmur AFP-yə Rusiyanın Ukraynadakı “qərar vermə mərkəzlərinə” irimiqyaslı raket hücumu hazırladığını təsdiqləyib. Bu zaman dövlət binaları da nəzərdə tutulur. 

Bunun nə vaxt baş verə biləcəyi hələ də bəlli deyil. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!