Rusiyada 12 il əvvəl qətl törədən şəxslər Bakıda həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada 12 il əvvəl qətl törədən şəxslər Bakıda həbs olundu

Kriminal

06 Mart 2025 15:30 325


12 il əvvəl adam öldürməkdə təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Prokurorluğu və xarici ölkələrin hüquq-mühafizə orqanlarının cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı davam edir. Həyata keçirilən kompleks tədbirlərin davamı kimi, ötən il dekabrın 27-də Rusiya Federasiyasının Baş Prokurorluğu vasitəsilə federasiyanın İstintaq Komitəsindən 1993-cü il təvəllüdlü Azaliya Asanovanın sağlamlığına ağır zərər vurulması faktı üzrə başlanan cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. İbtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib. pizza mizza

İstintaqla, 2013-cü il iyunun 25-də Azərbaycan Respublikası vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında, cari il martın 5-də S.Məmişov və E.Xuduyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!