Rusiyada avtomobillərin texniki baxışı ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada avtomobillərin texniki baxışı ləğv olundu

Dünya

31 Dekabr 2021 08:27 691


Rusiya Prezidenti Vladimir Putin Rusiyada şəxsi avtomobillərin və motosikletlərin icbari müntəzəm texniki baxışını ləğv edən qanunu təsdiqləyib.

APA TASS-a istinadən xəbər verir ki, qanun 50 milyona yaxın avtomobil sahibinə şamil ediləcək. Qanun dekabrın 22-də Dövlət Duması tərəfindən qəbul edilib və dekabrın 24-də Federasiya Şurası tərəfindən təsdiqlənib.

Qanuna əsasən, vətəndaşların mülkiyyətində olan və onların yalnız öz ehtiyacları üçün istifadə etdikləri avtomobil və motosikletlər texniki baxışdan azad ediləcək. Marqarita pizza

Eyni zamanda, bu prosedur taksi və sərnişinlərin daşınması üçün istifadə olunan digər avtonəqliyyat vasitələri, habelə biznes məqsədləri üçün istifadə olunan şəxsi avtomobillər üçün məcburi olaraq qalacaq.

Bundan əlavə, istehsal tarixi 4 ildən yuxarı olan avtomobil və motosikletlər satıldıqda, həmçinin, qeydiyyata alındıqda, yaxud nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edildikdə icbari texniki baxışdan keçmək məcburi olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!