Rusiyada iki gəmi batdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada iki gəmi batdı

Dünya

22 May 2024 09:46 495


Yakutiyada Lena çayında buzların əriməsi zamanı iki gəmi batıb. 

Müstəntiqlər hadisənin baş vermə şəraitini müəyyənləşdirirlər. 

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsi məlumat yayıb.  pizza

"İlkin məlumatlara görə, 21 may 2024-cü il tarixində Saxa (Yakutiya) Respublikasının Jiqansk rayonunun Jiqansk kəndi yaxınlığındakı Lena çayında "Sofron Danilov" və "Kapitan Burkovski" motorlu gəmiləri batıb. Hadisənin səbəbləri və dəymiş ziyanın miqdarı müəyyənləşdirilir", - məlumatda deyilir.

Bildirilir ki, hadisə üzrə "yol hərəkəti təhlükəsizliyi və daxili su nəqliyyatının istismarı qaydalarının pozulması", eləcə də "səhlənkarlıq nəticəsində xüsusilə külli miqdarda ziyan vurma" ittihamları üzrə cinayət işi açılıb.

Hazırda hadisənin bütün hallarının müəyyənləşdirilməsinə yönəlmiş yoxlama tədbirləri kompleksi aparılır.//Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!