Rusiyada işlənmiş avtomobillərin qiyməti 40 faizə yaxın artıb

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada işlənmiş avtomobillərin qiyməti 40 faizə yaxın artıb

Dünya

02 Oktyabr 2023 07:51 442


2023-cü ilin üçüncü rübündə Rusiyada işlənmiş avtomobilin orta qiyməti illik ifadədə 39 faiz artaraq 640 min rubla çatıb.

“Yeni Sabah” TASS-a istinadla bildirir ki, bu barədə “Avito Auto”nun tədqiqatında deyilir.

“İyun-iyul aylarında Rusiya Federasiyasına işlənmiş avtomobillərin idxalı 181 faiz artıb. İyun ayında ruslar son üç ildə işlənmiş avtomobillərə rekord məbləğdə pul xərcləyiblər, - deyə araşdırmada qeyd olunub. pizza mizza

Həmçinin platforma ekspertlərinin fikrincə, iyul-sentyabr aylarında Rusiyada işlənmiş avtomobillərin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz artıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!