Təkcə 2022-ci ildə Rusiyada 21 mindən çox insan müharibə əleyhinə mövqelərinə görə cəzalandırılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə beynəlxalq insan haqları təşkilatı Amnesty International-ın bu gün dərc olunmuş yeni hesabatında deyilir.
“Rusiyada müxalifətin sıxışdırılması hərtərəflidir. Bir sıra tədbirlər Rusiyanın işğalçı müharibəsinə qarşı tənqidi səsləri susdurmağa yönəlib”, - deyə hüquq müdafiəçiləri vurğulayırlar. pizza mizza
Hesabatda onlar Rusiya hakimiyyətinin Rusiya Federasiyasında Ukraynaya qarşı işğalçı müharibəni pisləyənlərə necə təzyiq göstərdiyini təhlil edir, həmçinin Rusiyada müharibə əleyhinə hərəkatı yatırmaq üçün istifadə olunan qanunları və təcrübələri nəzərdən keçirir.
"Amnesty International"ın sənədində 2307 nəfərin həbs edildiyi bildirilir.
Telegram kanalımız