Rusiyada üç generala cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada üç generala cinayət işi açıldı

Dünya

06 İyul 2022 09:57 959


Rusiyanın Sankt-Peterburq şəhərində bir qrup polis işçisi, o cümlədən Daxili İşlər Nazirliyinin üç generalı vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunublar. 

Yenisabah.az-ın məlumatına görə, bu barədə "Kommersant" qəzeti xəbər verib.

Nəşrin yazdığına görə, söhbət Daxili İşlər Nazirliyinin general-leytenantı Sergey Umnov, Sankt-Peterburq və Leninqrad vilayətinin yol polisinin rəisi, general-mayor Aleksey Semyonov və istefada olan general-mayor İvan Abakumovdan, eləcə də polkovnik rütbəli bir neçə polisdən gedir. pizza mizza

Qeyd edilir ki, təqsirləndirilən şəxslər bir müddət əvvəl yerli sahibkarlara “Sankt-Peterburq və Leninqrad vilayətinin Mərkəzi Daxili İşlər İdarəsinin proqramlarına yardım fondu”na vəsait ayırmağı tövsiyə ediblər. Toplanan vəsait polisinin fəaliyyətinə xərcələnib və sonradan donorlara üstünlüklər qazandırıb.

Qeyd olunur ki, axtarışlar nəticəsində Umnov və Semyonov dindirilməyə göndərilib, bir müddət əvvəl Krımda yaşayan Abakumov isə istintaq hərəkətləri üçün gətirilməli olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!