Rusiyada “Vaqner”çilərin yeni üsyanı gözlənilir - Putin narahatdır

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada “Vaqner”çilərin yeni üsyanı gözlənilir - Putin narahatdır

Dünya

30 Avqust 2023 16:52 599


Rusiya KİV-lərində yayılan məlumata görə, “Vaqner” özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin ölümündən sonra Kremlin strateqləri yeni “hərbi qiyamlar” ola biləcəyi qənaətindədirlər. 

Yenisabah.az xəbər verir ki, bu barədə “AzadlıqRadiosu”nun rus xidməti - “Radio Svoboda” məlumat yayıb. 

Həmin nəşrlərin yazdığına görə, bununla bağlı xüsusi xidmət orqanlarına müvafiq əmrlər verilib. Artıq xüsusi xidmət orqanları belə halların qarşısını almaq üçün fəaliyyətə başlayıb.  Sezar pizza

“Radio Svoboda” yazır ki, tankları Moskvadan cəmi 200 km aralıda – Belarus ərazisində olan “vaqnerçilər”in üsyanı 20 ildən artıq hakimiyyətdə olan Vladimir Putinə kifayət qədər ağır təsir göstərib: 

“Əslində, Priqojin təkcə hərbi komandanlığa deyil, həm də Putinin şəxsi əmrinə tabe olmayıb. Ona görə də o, Rusiya hakim rejimi üçün ciddi təhlükə hesab olunurdu. Eyni zamanda Kreml Afrika, Yaxın Şərq və Ukraynada hərbi əməliyyatlar keçirmiş, o cümlədən media imperiyası tərəfindən güclənən, Priqojinin “irsi” sayılan “vaqnerçilər”lə nə edəcəyini anlamağa çalışır. 

Çox güman ki, “Vaqner” yenidən təşkil olunacaq. Xüsusilə ona görə ki, bir çox “Vaqner” döyüşçüləri Priqojinin ölümünün arxasında hakimiyyətin dayandığına inanırlar və bu, artıq Kreml üçün risklidir”. 

Nəşrin məlumatına görə, heç təsadüfi deyil ki, Priqojinin ölümündən iki gün sonra Putin “vaqnerçi”lərdən sadiqlik andı içməyi tələb edən fərman imzalayıb. Analitiklər deyirlər ki, Putin gələcəkdə iyun böhranının təkrarlanmaması üçün “Vaqner” üzərində daha ciddi nəzarət qurmaq istəyir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!