Rusiyada yeni hərbi qiyam gözlənilir - Kreml narahatdır

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada yeni hərbi qiyam gözlənilir - Kreml narahatdır

Dünya

29 Avqust 2023 13:06 634


Kreml hesab edir ki, Yevgeni Priqojinin ölümündən sonra Rusiyada yeni hərbi qiyam təhlükəsi var. 

Yenisabah.az “Radio Svodoba”ya istinadla xəbər verir ki, bu barədə Kremlə yaxın mənbələr məlumat verib.

Mənbənin sözlərinə görə, artıq Rusiya kəşfiyyat xidməti iyunun sonunda “Vaqner”in təşkil etdiyi iğtişaşlara bənzər yeni qarşıdurmalara nəzarət etmək və onun qarşısını almaq üçün mütəmadi çalışır. pizza

“Priqojinin “mirası” isə “Telegram” kanalları və siyasi texnoloqlardan ibarət media imperiyası tərəfindən dəstəklənən hərbi birləşmələrdir. Qısacası, indiki formada Kreml “Vaqner”i saxlaya bilməyəcək. Belə olan halda şirkətin ləğv edilməsi istisna edilmir”, – mənbə AzadlıqRadiosnun rus xidmətinə bildirib.

Beynəlxalq Böhran Qrupunun analitiki Oleq İqnatov isə bildirib ki, “Vaqner”in bir çox üzvləri Priqojinin ölümünün arxasında hakimiyyətin ola biləcəyinə inanırlar. Onun fikrincə, hakimiyyət belə risklərə göz yuma bilməz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!