Rusiyadakı azərbaycanlıların DİQQƏTİNƏ:   Bu tarixdən etibarən...

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadakı azərbaycanlıların DİQQƏTİNƏ: Bu tarixdən etibarən...

Sosial

04 Yanvar 2025 17:45 1595


Rusiyaya daxil olan miqrantların statusuna nəzarəti asanlaşdırmaq üçün iyun ayının 30-dan etibarən onların şəxsi və biometrik məlumatlarından ibarət rəqəmsal profil formalaşdırılmağa başlanılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumat rus mediasında öz əksini tapıb. 

Həmin tarixdən istənilən buraxılış məntəqəsindən bu ölkəyə daxil olan xarici vətəndaşlar barmaq izlərini və fotoşəkillərini təqdim etməli olacaqlar. Rusiya Rəqəmsal İnkişaf Nazirliyindən verilən məlumata görə, əcnəbilər istədikləri təqdirdə özləri “RUİD” tətbiqində rəqəmsal profil yarada bilərlər.  Marqarita pizza

Dəyişikliklər Belarus vətəndaşlarına, 6 yaşına çatmamış uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinə və konsulluq idarələrinin diplomatlarına, eləcə də, əməkdaşlarına, həmçinin, onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların Rusiya Federasiyasında akkreditə olunmuş nümayəndəliklərinin əməkdaşlarına və ailə üzvlərinə aid edilməyəcək.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!