Bu yaxınlarda imzalanmış memorandum çərçivəsində Rusiya qazının İrana tədarük həcmi 300 milyon kubmetr təşkil edəcək.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bu, ildə 109 milyard kubmetr deməkdir.
Bu barədə İranın neft naziri Cavad Ouci danışıb. Sezar pizza
Onun sözlərinə görə, sazişə əsasən, böyük həcmdə Rusiya qazı daxili istehlak üçün İrana və qonşu ölkələrə tədarük ediləcək, qaz kəmərinin çəkilişi xərclərini isə Rusiya Federasiyası öz üzərinə götürəcək.
Nazir sənədi İranın köməyi ilə "iqtisadi inqilab üçün ilkin şərtlər yarada və regionun enerji təhlükəsizliyini təmin edə bilən enerji diplomatiyasının şah əsəri” adlandırıb.
Ouci qeyd edib ki, söhbət ölkənin şimalından cənubuna qaz kəmərinin çəkilməsindən gedir.
Xəbər verdiyimiz kimi, iyunun 26-da “Qazprom” İranın Milli Qaz Şirkəti (NIGC) ilə Rusiya qazının İrana tədarükünün təşkilinin işlənib hazırlanmasına dair strateji memorandum imzalayıb. Sənəd prezident əvəzi Məhəmməd Müxbirin iştirakı ilə imzalanıb.
Telegram kanalımız