Rusiyalı deputat Paşinyana dərs keçdi: Bunlar sadəcə söz yığınıdır

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı deputat Paşinyana dərs keçdi: Bunlar sadəcə söz yığınıdır

Siyasət

02 Fevral 2024 16:07 791


Ermənistan müdafiəyə ehtiyacı olduğu üçün bizimlə əməkdaşlıq etdi. Görünür, onlar hesab edirlər ki, bu müdafiə, bu kompromis, status-kvo – artıq bütün bunlar onlara lazım deyil. Guya indi hamı silahlıdır və heç kim heç kimə hücum etməyəcək.

Yenisabah.az Lenta-ya istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Svetlana Jurova deyib.

O, Nikol Paşinyanın KTMT-nin ən həlledici anda Ermənistanın təhlükəsizliyini təmin etməkdən imtina etməsi barədə sözlərini şərh edib: pizza

“Bu o deməkdir ki, Ermənistan artıq heç bir şeyin onu təhdid etmədiyinə inanır və indi hər şeyin öhdəsindən özü gələ bilər. Yaxud da kimsə ona nəsə vəd edib”.

Jurovanın sözlərinə görə, bunlar sadəcə söz yığınıdır, çünki siyasətçilər indi ictimaiyyətdə nə istəsən deyirlər.

“Yəqin ki, sanksiyalar və bu çətin vəziyyətdə Ermənistan da Qərbə oxşar  bəyanatlar verir. Bütün bunlar bitən kimi Ermənistan hərbi əməkdaşlıq üçün bizə müraciət edəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!