Rusiyalı deputatdan Paşinyanın bəyanatına   REAKSİYA: “Alçaqlıqdır...”

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı deputatdan Paşinyanın bəyanatına REAKSİYA: “Alçaqlıqdır...”

Siyasət

02 Fevral 2024 21:32 1187


Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə müdafiə sahəsində əməkdaşlığı ilə bağlı alçaq bəyanatla çıxış edib.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə “NEWS.ru”ya açıqlamasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı Viktor Sobolev deyib.

Deputat Ermənistanda Rusiya Silahlı Qüvvələrinin hərbi bazasının olduğunu xatırladıb. O, bununla Paşinyanın Moskvanın artıq İrəvanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməyəcəyi barədə sözlərinə münasibət bildirib. Dominos pizza

“Mən bu bəyanatdan şoka düşdüm, çünki Ermənistanda Rusiyanın hərbi bazaları - aviasiya bazası, bütöv bir diviziyası var. Və o, belə bir bəyanat verir. Görünür, tamamilə ABŞ-nin təsiri altına düşüb. Amerika da Mərkəzi Asiya istiqamətində, Uzaq Şərqdə, Şimal-Qərbdə anti-Rusiya fəaliyyətlərini gücləndirir. Bu, gözlənilən idi, lakin Paşinyan tərəfindən səsləndirilən bəyanat alçaqlıqdır”, - Sobolev söyləyib.

Xatırladaq ki, daha əvvəl Ermənistan İctimai Radiosuna müsahibəsində Paşinyan obyektiv və subyektiv səbəblərə görə Rusiyanın artıq Ermənistanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməyəcəyini deyib. O qeyd edib ki, əvvəllər sadalanan sahələrdə əlaqələrin 95-97%-i Rusiya ilə olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!