Rusiyalı məmurun dəbdəbəli yaxtası müsadirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı məmurun dəbdəbəli yaxtası müsadirə olundu

Dünya

15 Mart 2022 17:42 729


İspaniyanın Adriano limanında lövbər atmış “Lady Anastasia” yaxtası İspaniya hakimiyyətinin göstərişi ilə müsadirə olunub.

Yenisabah.az "RİA Novosti"yə istinadla xəbər verir ki, səlahiyyətlilər Ukraynadakı münaqişə ilə bağlı Avropa sanksiyalarına istinad ediblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yaxtaya nəzarəti davam etdirirlər.  Dominos pizza

"Efe" agentliyi və digər İspaniya KİV-ləri yaxtanın “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyevə məxsus olduğu haqda məlumat yayıblar. Mixeyev Ukraynadakı münaqişə ilə bağlı sanksiyaya məruz qalan şəxslərin siyahısındadır.

Bu, İspaniyada sanksiyalarla bağlı saxlanılan ikinci yaxtadır. Birincisi, Barselona limanında dayanan 140 milyon dollarlıq "Valerie" idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!