“Gürcüstan rusiyalı turistlərin ölkəyə girişini tamamilə qadağan edərsə, ölkə iqtisadiyyatı ildə 1 milyard dollara qədər itirəcək”.
Yenisabah.az “Sputnik Georgia”ya istinadla xəbər verir ki, bunu hakim “Gürcü arzusu” partiyasının lideri İrakli Kobaxidze deyib.
O bildirib: “İqtisadiyyatımız 30 milyard dollar dəyərində olsa da, rusiyalı turistlər Gürcüstana gəlməsələr, ölkə ildə təxminən 1 milyard dollar itirəcək. Bu isə 20-30 min iş yerinin itirilməsi deməkdir”. pizza mizza
Xatırladaq ki, Gürcüstanda Rusiya vətəndaşlarının ölkəyə gəlməsi ilə bağlı etirazlar səngimir.
Telegram kanalımız