YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Rusiyanı tərk edən Hüseyn Həsənov: “Qaçmamışam”  - Video

Rusiyanı tərk edən Hüseyn Həsənov: “Qaçmamışam” - Video

Şou

30 Sentyabr 2022 10:18 756


Xəbər verdiyimiz kimi, Rusiyada səfərbərlik elan olunmasından sonra ölkəni tərk edənlərdən biri də azərbaycanlı video bloger Hüseyn Həsənov olub.

Yenisabah.az xəbər verir ki, atasının yaşadığı Bakıya gələn bloqer yerli mətbuatda haqqında yayılan “qaçdı” xəbərlərinə sosial şəbəkə hesabında cavab verib:

“Mən atamın yanına gəldiyimlə bağlı təyyarədən görüntülərimi paylaşdım. Şəxsi işlərimlə bağlı gəlmişəm.

Görüləsi işlərim var. Bir neçə günə Rusiyaya qayıdacağam. Mən Rusiyanı sevirəm. Mənim iki vətənim var - Rusiya və Azərbaycan. Mən Rusiyada doğulmuşam və bu yaşıma qədər də orada yaşamışam.

Ona görə əgər vətənimdə mənə ehtiyac yaransa, mən orada olacağam. Sizi sevirəm".

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!