Rusiyanın atdığı bombalar öz başına düşüb 

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın atdığı bombalar öz başına düşüb 

Dünya

01 İyul 2024 17:17 701


2023-cü ilin aprelindən 2024-cü ilin aprelinə qədər Belqorod vilayətinə Rusiya təyyarələri tərəfindən 38 bomba atılıb. Onların əksəriyyəti partlamayıb. 

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” qəzeti Ukrayna kəşfiyyatının ələ keçirdiyi və jurnalistlərə təhvil verdiyi sənədlər əsasında məlumat yayıb. 

Həmin sənədlərin Belqorod şəhər fövqəladə hallar idarəsi tərəfindən hazırlandığı iddia edilir. Burada partlayışların nəticələrinin aradan qaldırılması və insanların təxliyəsi ilə bağlı hesabatlar əks olunub.  Dominos pizza

Bu partlamamış bombaların əksəriyyətini yerli sakinlər - meşəçilər, fermerlər və ya kəndlilər aşkar ediblər. 

Ümumilikdə, “Astra” mərkəzinin hesablamalarına görə, Rusiya aviasiyası səhvən öz bölgələrinə və ilhaq edilmiş ərazilərə 110 bomba atıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!