Rusiyanın bu kəndi atəşə tutuldu: 9 yaralı var   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın bu kəndi atəşə tutuldu: 9 yaralı var - Foto

Dünya

21 İyul 2024 13:31 558


Rusiyanın Belqorod vilayətinin Şebekino kəndinin atəşə tutulması nəticəsində doqquz nəfər yaralanıb. 

“Report” xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib. 

“Şebekinoda vəziyyət kəskin ağır olaraq qalır. Son sutkada 9 nəfər zərər çəkib. Bir qadın ağır vəziyyətdə reanimasiyadadır”, – vilayətin rəhbəri qeyd edib.  pizza hut

Qladkovun sözlərinə görə, Şebekinoda səkkiz çoxmənzilli evə, 18 fərdi evə, 15 avtomobilə ziyan dəyib. 

“Evlərdən biri tamamilə məhv olub, iki avtomobil yanıb”, – qubernator vurğulayıb. 

Xatırladaq ki, ötən gün Qladkov Şebekinodakı sənaye müəssisəsinin ərazisinə mərmi düşdüyünü bildirmişdi. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!