"Rusiyanın çətin anlarda müttəfiqlərini və dostlarını qorumaq üçün kifayət qədər qüvvəsi və resursları var".
Yenisabah.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin İrəvanda media ilə söhbətində bildirib.
O, MDB məkanında gedən inteqrasiya proseslərinin sabitliyin möhkəm təminatı olduğuna əminliyini ifadə edib. Narışkin xatırladıb ki, bu regionda artıq inteqrasiya strukturları var: Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı. Sezar pizza
“Həmin strukturlar onların tərkibinə daxil olan bütün dövlətlərin maraqları nəzərə alınmaqla yaradılıb. İnteqrasiya mühafizəsi vasitələri sabitliyi və təhlükəsizliyi qorumaq üçün yaxşı təminatdır. Bundan əlavə, Rusiya Federasiyasının çətin anlarda müttəfiqlərini və dostlarını qorumaq üçün kifayət qədər gücü və resursları var”, - Narışkin bildirib.
Telegram kanalımız