“Rusiyanın mövqeyi bir qədər yumşalıb“ - Ukrayna rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyanın mövqeyi bir qədər yumşalıb“ - Ukrayna rəsmisi

Dünya

04 Mart 2022 14:49 3435


Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Ukrayna və Rusiya arasında aparılan danışıqların 2-ci raundunun təfərrüatlarını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Rusiya nümayəndə heyəti denazifikasiya və s. haqqında danışmağı dayandırıblar.

Arestoviç deyib: Sezar pizza

"Ukraynanın neytral dövlət statusu mövzuna toxunulmayıb. Söhbət daha çox Ukraynada müəyyən növ hücum silahlarının yerləşdirilməsinin qarşısının alınmasından gedirdi.

Tələblərin bu azaldılması onu göstərir ki, Rusiya qarşıya qoyduğu siyasi məqsədlərə hərbi yolla nail olmağın qeyri-mümkünlüyünü başa düşür".

Müşavir son danışıqlarda əldə olunan yeganə razılaşmanı xatırladıb:

“Ukraynanın mühasirədə olan, Rusiyanın işğalından zərər çəkmiş şəhərlərə humanitar yardım çatdırılması və ya humanitar dəhlizlərin yaradılması ilə bağlı tərəflər arasında nəzəri razılaşma var”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!