“Rusiya Krım və Donbasla kifayətlənmək istəmir. Kreml “Novorossiya” layihəsini yenidən işə salmaq istəyir. Kreml sahibi tərəfindən 2014-cü ildən səsləndirilməyə başlanan bu plana görə Ukrayna tən yarıya bölünməli, paytaxt Kiyevdən cənuba və şərqə doğru hissəsi Rusiyaya birləşdirilməlidir. Bəziləri deyə bilər ki, Kreml beynəlxalq aləmlə üz-üzə qalmamaq üçün belə bir risqə getməyəcək”.
Yenisabah.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Krımın ilhaqından əvvəl də belə düşüncələr var idi: pizza mizza
“Rusiyanın Ukraynanın Mariupol, Dnepr, Xarkov, Xerson, Nikolayev və Odessa kimi şəhərlərdə gözü var. Kremli yeni sanksiyalar çəkindirmir, öyrəncəlidir, Rusiyanın siyasi elitası “yeni torpaqlar” uğrunda mübarizəyə köklənib.
Rusiya Ukrayna ilə sərhəddə hazırda silahlı qüvvələrinin və ağır texnikasının sayını atırır. Rusiyanın müvafiq orqanları internet vasitəsilə ağır texnikanın sərhəddə daşınması kadrlarını qəsdən yaymaqla Ukraynaya və Qərbə əzələ nümayişi həyata keçirir”.
Telegram kanalımız