Rusiyanın Vitaliy Balasanyan planı...

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Vitaliy Balasanyan planı...

Siyasət

30 Dekabr 2020 07:21 1552


“Rusiya Azərbaycana daha bir pisliyini etmək üçün yeni siyasi layihəyəyə start verib”.

“Yeni Sabah” xəbər verir ki, bunu Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib. O, bildirib ki, Rusiya Robert Koçaryanın yaxın adamı, Xocalı cəlladlarından biri, Azərbaycanlılara ilk gülləni 1988-ci ildə atması ilə fəxr edən, yenidən Qondarma Dağlıq Qarabağ Respublikasının "Təhlükəsizlik Şurasının katibi" vəzifəsini daşıyan Vitaliy Balasanyanı "Artsax Respublikasına prezident" etmək istəyir. 

“Balasanyan hələ hakimiyyətə gəlmədən Azərbaycanı təhdid etməyə başlayıb. Görün, Balasanyan mətbuata nələr danışır: "Bakının Qarabağın Azərbaycan ərazisi olması barədə bəyanatı reallıqdan uzaqdır. Atəşkəsdən sonra Azərbaycan tərəfindən ərazi pozuntuları olub, amma onlar müvəqqəti xarakter daşıyır. Antiterror əməliyyatı həyata keçiriləcək. Bütün pozuntuların qarşısı alınacaq, o cümlədən də sülhməramlılar tərəfindən. Yaşayıb, Azərbaycanın yaxın gələcəkdə hansı vəziyyətə düşəcəyini görəcəyik”. Dominos pizza

Qulağının dibini görsən, dediklərinə də nail olarsan, Balasanyan!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!