Rusiyaya böyük ZƏRBƏ: İtkilərin sayı dəhşətə gətirir - Bir gecədə...

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya böyük ZƏRBƏ: İtkilərin sayı dəhşətə gətirir - Bir gecədə...

Dünya

15 Avqust 2024 10:24 1237


Ukrayna ordusunun Baş Qərargahı Rusiyanın itkilərinə dair yeni məlumatlar yayıb.

Yenisabah.az UNİAN agentliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində Rusiya ordusu 1220 canlı qüvvə itirib.

Rəqibin texnikasında isə aşağıdakı itkilər var: pizza

8 tank;

24 zirehli maşın;

47 artilleriya sistemi;

3 MLRS, 1 hava hücumundan müdafiə və 1 aviasiya sistemi;

50 pilotsuz uçuş aparatı;

2 qanadlı raket;

65 avtomobil.

Ukrayna Hərbi Hava Qüvvələri, həmçinin bildirib ki, avqustun 15-nə keçən gecə Nikolaev, Çerkassı, Kirovoqrad, Xerson, Zaporojye, Sumı, Çerniqov və Kiyev vilayətləri sərhədlərində Rusiyaya məxsus 29 pilotsuz təyyarəsi vurulub.

Musavat.com bildirir ki, bu məlumatlar müharibə aparan tərəflərdən birinə - Ukraynaya aiddir və bu səbəbdən rəqəmlərin mötəbərliyinə şübhələr yaranır. Analoji açıqlamalar Rusiya tərəfindən də verilir.

Musavat.com 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!