Rusiyaya məxsus briqadanın şəxsi heyətinin 90 faizi məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya məxsus briqadanın şəxsi heyətinin 90 faizi məhv edildi

Dünya

12 Sentyabr 2022 09:26 838


“Müdafiə Qüvvələrimizin Xerson istiqamətindəki uğurlu əməliyyatları nəticəsində Rusiya ordusu xeyli itki verib. Mövcud məlumatlara görə, Rusiyanın 810-cu dəniz piyada briqadasının şəxsi heyətinin 90 faizə yaxını məhv edilib”. 

“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib.

“Qarşı tərəfin hərbçilərinin mənəvi-psixoloji durumu son dərəcə aşağıdır. Onlar döyüş bölgəsinə gəlməkdən imtina edirlər. Xarkov və Donetsk vilayətlərində yaşayış məntəqələrinin azad edilməsi prosesi davam edir. Ötən sutka ərzində rus hərbçiləri 20-dən çox yaşayış məntəqindən çıxarılıb. Hazırda həmin ərazilərin tam nəzarətə götürülməsi prosesi davam edir”, - məlumatda bildirilib. Dördpendirli pizza

Məlumatda, həmçinin göstərilib ki, qoşunların əks-hücum əməliyyatları ilə bağlı tapşırıqların icrası davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!