Rusiyada may ayında baş verən anomal soyuqlar ölkənin cənubundakı meyvə-tərəvəz sahələrini vurub, nəticədə fermer və təsərrüfatlar bu sahələrdən gözlədikləri qədər meyvə ala bilməyəcəklər. Belə vəziyyətdə Rusiyanın ticarət şirkətləri xarici ölkələrdən, o cümlədən Azərbaycandan meyvə-tərəvəz alışını bu il daha da artıracaqlar.
Bəs görəsən bu faktor Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracını artıra bilərmi? Bu digər tərəfdən Azərbaycanın daxili bazarına necə təsir edəcək?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, bu ölkəmizin meyvə-tərəvəz ixracı üçün olduqca müsbət haldır: Sezar pizza
"Qeyd edim ki, Rusiyadakı meyvə-tərəvəz qıtlığı Azərbaycandan ixracı artıra bilər. Əlbəttə, bu həm də Azərbaycanın xeyrinədir və ixrac potensialları artır. O ki, qaldı Azərbaycana bazarlarına təsirinə, onsuz da bu il ölkəmizdə meyvə-tərəvəz boldur. Bu bolluq Azərbaycan daxilində aşırı dərəcədə ucuzlaşmaya səbəb ola bilərdi. Amma bu imkandan istifadə edib, bazarda qiymətləri sabit saxlamaq vacibdir ki, fermerlər zərərə düşməsin".
Ekspert bu istiqamətdə fermerlərin dəstəklənməsinin vacib olduğunu qeyd edib:
"Rusiyanın bu cür tələbatının artması Azərbaycan fermerlərinə müsbət təsir edəcək. Eyni zamanda qiymətlərin ötən ilkinə nisbətən sabit qalmasına gətirib çıxara bilər. Amma bunu hökumət də dəstəkləməlidir. Məsələn, Rusiyaya dəmiryolu vasitəsi ilə yük daşımalarının intensivləşdirilməsi, gömrük sənədləşməsinin və ixrac üçün lisenziyanın alınmasını bir qədər sadələşdirmək olar. Yəni bu istiqamətdə hökumət dəstək verməlidir ki, fermerlər xarici bazarlara daha asan çıxa bilsin".
Nazim Hacıyev
Telegram kanalımız