Avropa İttifaqının Rusiyaya qarşı beşinci sanksiya paketinin hansı sahələri əhatə edəcəyi məlum olub.
Yenisabah.az xəbər verir ki, bu barədə İttifaqın saytında məlumat verilib:
Beşinci sanksiya paketinə əsasən Aİ Rusiyadan ildə 4 milyard avro dəyərində kömür idxalına qadağa qoyur, habelə Rusiyanın 4 əsas bankına, o cümlədən Rusiyanın 2-ci ən böyük bankı olan "VTB"yə də tam əməliyyat qadağası qoyulur. Toyuqlu pizza
Həmçinin İttifaq rəsmiləri mühüm sahələrdə 10 milyard avro dəyərində əlavə ixrac qadağalarının tətbiq edilməsini də bu siyahıya daxil edib.
Son olaraq isə Rusiya və Belarus oliqarxlarına qarşı əlavə sanksiyalar tətbiq edilməsi məsələsi də siyahıya salınan proseslər arasındadır.
Telegram kanalımız