Rusiyaya səfər edən yapon deputat sərt cəzalandırıldı 

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya səfər edən yapon deputat sərt cəzalandırıldı 

Dünya

10 Oktyabr 2023 15:04 405


Yaponiyada müxalifətçi deputat Rusiyaya səfər etdiyi üçün partiyadan xaric edilib. 

Yenisabah.az BBC-yə istinadən xəbər verir ki, Yaponiyanın sağçı müxalifət partiyası olan "Yaponiya Yeniləmə Partiyası"nın deputatı Muneo Suzuki Rusiyaya səfərindən sonra partiyadan çıxarılıb. 

Rusiyanın TASS agentliyi isə partiyanın baş katibi Fumitake Fujitaya istinadən yazıb ki, Suzuki "partiya üçün yaranan narahatlığa görə üzr istəyib və partiyadan çıxmaq istədiyini" deyib.  Sezar pizza

Oktyabrın əvvəlində Suzuki Rusiyaya səfər edib və ölkə rəhbərliyinin nümayəndələri ilə görüşüb. Partiya və Yaponiya hökuməti deputatın bu səfərlə bağlı onlara heç bir məlumat vermədiyini bildirib. Rusiya mətbuatı Suzukinin səfərini və onun Rusiya rəsmiləri, o cümlədən Rusiya Federasiyası xarici işlər nazirinin müavinləri Andrey Rudenko və Mixail Qazuzin və Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçevlə görüşlərini ətraflı işıqlandırıb. 

Səfər zamanı Suzuki digər məsələlərlə yanaşı, Rusiyanın Ukraynaya qarşı müharibəsinin Moskvanın qələbəsi ilə başa çatacağına əminliyini ifadə edib. Yaponiya da digər G7 ölkələri kimi Ukraynanı dəstəkləyir və Rusiyaya qarşı sanksiyalar tətbiq edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!