Ukrayna iyulun 1-dən Rusiya Federasiyası vətəndaşlarının ölkəyə girişi üçün viza rejimi tətbiq edir.
Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirli aydınlaşdırıb ki, vizanın olması rusların ölkəyə daxil olmasına zəmanət vermir, çünki yekun qərarı sərhədçilər verir. Dördpendirli pizza
İndi Rusiya vətəndaşları Ukrayna vizasını Rusiyanın 8 şəhərində - Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kalininqrad, Kazan, Novosibirsk, Rostov-na-Donu və Samarada yerləşən "VFS Global" viza mərkəzlərində ala biləcəklər.
Viza müraciətlərinə Ukraynanın səlahiyyətli orqanları ilə əməkdaşlıq çərçivəsində üçüncü ölkələrdəki Ukrayna diplomatik qurumları tərəfindən baxılacaq.
Telegram kanalımız