Rüşvət almış dəlixana həkiminin istintaqı yekunlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Rüşvət almış dəlixana həkiminin istintaqı yekunlaşdı

Kriminal

12 İyun 2023 15:03 934


1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri Hüseyn Seyidovun qanunsuz əməlləri barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat tədbirləri nəticəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

İstintaqla Hüseyn Seyidovun 2022-ci ilin mart-dekabr aylarında həmin vəzifədə işləyərkən digər şəxslərlə əlbir olub müxtəlif şəxslərdən rüşvət alaraq onların həmin xəstəxanada stasionar qaydada müayinə və müalicə edilməsi barədə tibbi sənədlərə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib. Dördpendirli pizza

Toplanmış sübutlar əsasında Hüseyn Seyidova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin işdən ayrılmış cinayət işi üzrə qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!