Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bərdə regional bölməsinin rüşvətə görə həbs edilən sabiq rəisi Rauf Həsənovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses aprelin 25-nə təyin edilib.
Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq. Dominos pizza
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Həsənova 1 il dövlət orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrum etmə cəzası verilib.
Qeyd: İdarə rəisi 2021-ci ilin 10 fevralında həbs edilib. Aparılmış istintaq tədbirləri ilə R.Həsənovun AQTA-nın Bərdə regional bölməsinin rəisi vəzifəsində işlədiyi dövr ərzində Bərdə rayonu Kələntərli qəsəbəsində yerləşən pendir sexinin sahibindən 1200 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına, sexin fəaliyyətinin yenidən dayandırılmasından sonra təkrarən açılmasına köməklik göstərəcəyini vəd verməklə vətəndaşı aldadıb 1000 manat məbləğində pulunu ələ keçirməsi müəyyən edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.1 (dələduzluq) və 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddələri ilə iş açılıb.
Telegram kanalımız