Rüşvətxor sabiq şöbə müdirinə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Rüşvətxor sabiq şöbə müdirinə hökm oxundu

Kriminal

20 Dekabr 2023 15:48 1036


Külli miqdarda rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri Hüseyn Seyidova hökm oxunub.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Hüseyn Seyidov 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Dominos pizza

Xatırladaq ki, dövlət ittihamçısı Fariz Rzayev təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, Hüseyn Seyidov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.

Qeyd olunub ki, onun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı H.Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Azərbaycanda ELƏ BİR MƏMUR GÖSTƏRƏ BİLƏRSİNİZMİ RÜŞVƏT ALMAYIB
    2 years ago