“Rza Talıbov özünü Naxçıvandan təcrid etmiş vəziyyətdədir. O, Naxçıvandakı məsələlərə qarışmır. Son açıqlamasında da bunu deyib”.
“Yeni Sabah” xəbər verir ki, bunu Musavat TV-nin efirində Naxçıvandan olan jurnalist Heydər Oğuz bildirib.
Xatırladaq ki, ötən gün R. Talıbov açıqlamasında deyib: “Atamla bağlı heç bir şey danışmaq istəmirəm. Mən Bakıda yaşayıram və öz işimlə məşğulam”. Rza Talıbov istefadan sonra atası ilə əlaqə saxlamadığını bildirib: “Hazırda danışmamışam. Heç bir məlumatım yoxdur”. “Atanızın uzun illər tutduğu postdan getməsini necə qarşıladınız” sualına isə Rza Talıbov: “Hər kəsin öz işi var”, - deyərək, əlavə şərh verməkdən imtina edib. pizza mizza
Heydər Oğuz bu açıqlamanı şərh edərək deyib: Rza Talıbov əslində Vasif Talıbovun separatçı hərəkətlərini bəyənmədiyini və onun adından danışmaq istəmədiyini bildirir. O da hesab edir ki, atası xəyanətkar yoldadır. Bunun özü böyük etirafdır ki, mən atamın, qardaşımın işlərinə qarışmıram.
Bu onu göstərir ki, onların arasında ailəvi problem də var. Məndə də belə məlumatlar var ki, qardaşlar arasında böyük ziddiyyət var və Vasif Talıbov da Seymurun tərəfini saxladığı üçün Rza təcrid olunmuş vəziyyətdədir.
Amma buna baxmayaraq, Rzanın özü də ciddi yeyintilərə yol vermiş şəxsdir”.
Telegram kanalımız