Saakaşvili müalicə müəssisəsindən həbsxanaya köçürüləcək

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvili müalicə müəssisəsindən həbsxanaya köçürüləcək

Dünya

25 İyul 2024 12:34 749


Gürcüstanın ədliyyə naziri Rati Breqadze ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin “Vivamed” klinikasından tezliklə həbsxanaya köçürüləcəyini açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, məlumatı "News Georgia" yayıb. 

“Həkimlər onun səhhətini qiymətləndirirlər, Mixail Saakaşvili cəzaçəkmə müəssisəsinə köçürüləcək, bu barədə çox yaxında məlumat alacaqsınız, mən onun səhhətinin kəskin şəkildə yaxşılaşmasına şadam və ona cansağlığı arzulayıram", - Breqadze deyib.  pizza hut

Saakaşvili 2021-ci ildə Gürcüstana qayıtdıqdan sonra həbs olunub, 2022-ci ilin may ayından Tbilisidəki "Vivamed" klinikasında müalicə alır, uzun aclıq aksiyasından sonra həbsxanadan buraya köçürülüb. Bir neçə dəfə müstəqil ekspertiza anoreksiya və kaxeksiya səbəbindən Saakaşvilinin vəziyyətini kritik qiymətləndirib. 

Sonuncu dəfə Ombudsmanın çağırdığı həkimlər şurası Saakaşvilinin vəziyyəti ilə bağlı hesabatını bu ilin fevralında təqdim etmişdi. Hesabatda müsbət dinamika qeyd edilib, eyni zamanda vəziyyətin hələ də daimi həkim nəzarəti tələb etdiyi vurğulanıb./Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!