Saatlıda narkotik satan iki nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Saatlıda narkotik satan iki nəfər saxlanıldı

Kriminal

18 Yanvar 2025 09:22 215


Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Aslan Abuşov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, onun evinin zirzəmisindən 6 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı isə rayon sakini Allahyar Bədəlov saxlanılıb. Həmin şəxsdən isə satış məqsədilə əldə etsiyi marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb. Toyuqlu pizza

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!