Sabah Bayden xalqa müraciət edəcək

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bayden xalqa müraciət edəcək

Dünya

23 İyul 2024 20:16 718


ABŞ prezidenti Co Bayden sabah xalqa müraciət edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə o, X-dəki mikrobloqunda yazıb.

Baydenin seçkidən namizədliyini geri götürmək qərarına gəlməsi faktı ötən bazar günü məlum olub. Yeni namizədlə bağlı qərarı bir neçə həftədən sonra baş tutacaq Demokrat Partiyasının qurultayı verməlidir. Dominos pizza

Baydenin reytinqləri fəlakətli enişlə üzləşməsə də (43%), Demokratik Senat Çoxluğunun lideri Çak Şumer də daxil olmaqla, 20-dən çox konqresmen açıq şəkildə onu namizədliyini geri götürməyə çağırıb.

Demokratların prezidentlik kampaniyası üçün ayrılan 90 milyon dolları Bayden yarışdan çəkilənə və partiya onun əvəzini tapana qədər donorlar dondurub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!