Sabah bəzi ərazilərdə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah bəzi ərazilərdə işıq olmayacaq

Sosial

24 Dekabr 2024 21:27 306


Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə təmir işləri ilə əlaqədar dekabrın 25-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azərenerji"dən bildirilib.

Məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Balaxanı qəsəbəsində, Həsən Əliyev, Usta Baba Pirməmməd, Pirhüseyn Hüseynov, Hacı Sultan, Odlar yurdu, İmadəddin Nəsimi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. pizza

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!