Sabah bəzi ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sosial

02 İyul 2024 23:48 675


Sabah üç rayonda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.

Bildirilib ki, "Qaradəmirçi" ölçü qovşağından qidalanan orta təzyiqli yeraltı qaz kəmərlərinin, "Saatlı Əlillər evi" ölçü qovşağından qidalanan orta təzyiqli daşıyıcı qaz kəmərlərinin və paytaxtın Xətai rayonunda orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə bağlı sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Toyuqlu pizza

Qaz təchizatı dayandırılan müddətdə Bərdə rayonunun (39 kənd), Saatlı rayonunun (bir hissəsi) və paytaxtın Xətai rayonunun (R.Quliyev, X.Məmmədov, R.Məmmədov, M.Hadi, Cavanşir küçələri) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!