Sabah Hacıqabul və Sabirabadda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Hacıqabul və Sabirabadda qaz olmayacaq

Sosial

22 Oktyabr 2024 17:56 286


Sabah Hacıqabul və Sabirabad rayonlarının qaz təchizatının dayandırılması planlaşdırılır.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Oktyabrın 23-də saat 09:30-dan etibarən Hacıqabul rayonunun 8 kəndi, 2 qəsəbəsi, 28 qeyri-əhali abonentinin (ümumi 3 277 abonent), həmçinin, Sabirabad rayonunun 16 kəndi, 35 qeyri-əhali abonentinin (ümumi 7 185 abonent) qaz təchizatı dayandıracaq. Sezar pizza

Qaz təchizatının dayandırılması "Qarasu" qazpaylayıcı stansiyasında (QPS) “Qaz İxrac” İdarəsi tərəfindən giriş xətti üzərində yerləşən CAKA-80 tipli qaz tənzimləyici qurğunun yerinin dəyişdirilməsi, 1 ədəd RDO50/100 markalı qaz tənzimləyici qurğunun və Dn50 mm-lik şam xəttinin quraşdırılması ilə bağlıdır.

Bu səbəbdən qaz təchizatı “Qarasu” QPS-dən qidalanan “Qarasu əhali” ölçü qovşağından dayandırılması planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!