Sabah hava necə olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq

Sosial

19 Sentyabr 2020 12:29 1216


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.  

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz  22-24, Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 

65-75, gündüz 40-45 faiz  olacaq.   pizza sifarişi

Sentyabrın 20-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu  gecə 17-21, gündüz 25-29, dağlarda gecə 10-15, gündüz  17-21 dərəcə  isti olacaq.   

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!