İyulun 13-də İstanbulda Ukrayna taxılının ixracı üzrə danışıqların yeni mərhələsi keçiriləcək.
Yenisabah.az “Habertürk”ə istinadla xəbər verir ki, danışıqlarda Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri iştirak edəcək.
Təmaslar Rusiya və Türkiyə nümayəndə heyətlərinin rəhbərliyi altında baş tutacaq. Dominos pizza
Bundan əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələri ölkənin Dunaydakı çay limanlarına taxıl yükləmək üçün xarici gəmilərin gəlməyə başladığını bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Volodimir Zelenski ilə də telefon danışığı aparıb. Tərəflərin müzakirə etdiyi məsələlər arasında taxılın dünya bazarına çıxarılması üçün Qara dənizdə təhlükəsiz dəhliz yaradılması probleminin həlli də var.
Bundan əvvəl Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Mövzulardan biri də taxıl ixracı olub.
Telegram kanalımız