Sabah qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli dəyişdiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Sabah qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli dəyişdiriləcək

Sosial

31 Oktyabr 2024 17:57 531


Sabah qatarların “Bakmil” stansiyasına hərəkət cədvəlində dəyişiklik olacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bakı metropolitenində hərəkətin təşkili sistemlərinin rəqəmsal texnologiyalara keçidi istiqamətində daha bir mühüm yeniliyin tətbiqi nəzərdə tutulur. Metropoliten mütəxəssislərinin xüsusi proqramlaşdırılmış innovativ texnoloji tətbiqinin nəzəri və texniki yoxlamaları uğurla başa çatdırlıb. İşlərin ikinci mərhələsində simulyasiya proqramı və xətti sınaqlar müsbət nəticələr verib. pizza mizza

Qəbul edilmiş qərara əsasən, üçüncü mərhələdə mövcud hərəkət qrafikinə xələl gətirilmədən onun rəqəmsal əkizinin paralel müşahidələri aparılacaq. Bununla əlaqədar noyabr ayının 1-də “Bakmil” stansiyasına gedən qatarların hərəkət cədvəlinə dəyişiklik ediləcək.

Noyabr ayının 2-dən qatarların “Bakmil” istiqamətində hərəkəti Bakı metropoliteni saytının müvafiq bölməsində göstərilmiş qaydaya uyğun olaraq bərpa olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!