Sabah yağışlı gün olacaq - HAVA PROQNOZU

saytların hazırlanması

Evə çatdırılma

Sabah yağışlı gün olacaq - HAVA PROQNOZU

Sosial

26 Dekabr 2024 12:55 279


Milli Hidrometeorologiya Xidməti dekabrın 27-də hava şəraitini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Marqarita pizza

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında, axşam isə əksər rayonlarda arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2°-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!