Sabahdan hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Sosial

07 İyun 2024 17:03 3911


Bakıda və Abşeron yarımadasında iyunun 8-də gecə və səhər şimal-qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir. 

Bu barədə Yenisabah.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın rayonlarında iyunun 8-dən 11-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. 

Şimal-şərq küləyi bəzi yerlərdə arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə 20-23 m/s-dək güclənəcək.  pizza

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!