Sabahdan hava şəraiti sabitləşəcək

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan hava şəraiti sabitləşəcək

Sosial

23 Oktyabr 2024 13:01 312


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Yenisabah.az xəbər verir ki, havanın temperaturu gecə 9-11° isti, gündüz 15-19° isti olacaq .Atmosfer təzyiqi 775 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Oktyabrın 24-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. pizza mizza

Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-4° şaxta, yüksək dağlıq ərazilərdə 4-7° şaxta, gündüz 1-6° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!