Sabiq prezident vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Sabiq prezident vəfat etdi

Dünya

26 Dekabr 2021 14:49 832


Yunanıstanın keçmiş prezidenti Karolos Papulyas bu gün 92 yaşında vəfat edib.

Yenisabah.az xəbər verir ki, Yunanıstanın tanınmış siyasətçisi olan Papulyas 2005-2015-ci illərdə ölkə prezidenti, Ümumyünan Sosialist Hərəkatı Partiyasının görkəmli nümayəndəsi, xarici işlər naziri (1985-1989 və 1993-1996) olub.

O, 1929-cu il iyunun 4-də Yunanıstanın şimal-qərbindəki Yannina şəhərində anadan olub. İkinci Dünya Müharibəsi illərində yeniyetmə ikən müqavimət hərəkatında iştirak edib. Sezar pizza

Papulyas ixtisasca hüquqşünas olub. Afina Universitetinin hüquq fakültəsini bitirdikdən sonra təhsilini Milan Universitetinin aspiranturasında davam etdirib, beynəlxalq özəl hüquq üzrə ixtisaslaşıb və Köln Universitetində doktorluq dissertasiyası müdafiə edib. 1963-1981-ci illərdə vəkillik fəaliyyəti ilə məşğul olub.

Papulyas həm də Yunanıstanda faşistpərəst “qara polkovniklər” xuntasına qarşı mübarizənin (1967-1974) fəal iştirakçısı idi./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!