Sabirabadda ana ölümü: TƏBİB aydınlıq gətirdi

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda ana ölümü: TƏBİB aydınlıq gətirdi

Sosial

27 Oktyabr 2024 12:54 852


2000-ci il təvəllüdlü qadın dünən saat 07:00 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Sabirabad Regional Perinatal Mərkəzin Doğum şöbəsinə hospital izasiya olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

"Ona 40-41 həftəlik hamiləlik diaqnozu təyin edilib. Marqarita pizza

Baş tutan doğuş nəticəsində çəkisi 4 kq, boyu 52 sm olan körpə dünyaya gəlib. Daha sonra vəziyyəti ağır olan ananın müayinələri və müalicəsi davam etdirilib. Sonra reanimasiya şöbəsinə yerləşdirilib. Süni tənəffüs aparatı ilə ağciyərlərin ventilyasiyası davam etdirilib.

Daha sonra pasiyent üzərində relo porotamiya əməliyyatı icra olunub. Bakı şəhərindən dəvət olunan həkim-reanimatoloqların, eləcə də ginekoloqların konsiliumu baş tutub və ona uyğun müalicəyə başlanılıb.

Xəstəyə göstərilən terapiya tədbirlərinə baxmayaraq, 27.10.2024-cü il tarixində saat 05:30 radələrində bioloji ölüm qeydə alınıb.

Ölümün dəqiq səbəbini patoloji-anatomik təşrih nəticəsində dəqiqləşdirmək mümkün olacaq.

Eyni zamanda, hamiləliyi dövründə ana həkimə müraciət etməyib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!