Siyəzəndə qəza: Cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Siyəzəndə qəza: Cinayət işi açıldı

Hadisə

16 Dekabr 2022 10:28 1023


Siyəzəndə 6 nəfərin öldüyü yol qəzası faktı ilə bağlı cinayət işi başlanılıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Hazırda istintaq aparılır. Toyuqlu pizza

Hadisə dekabrın 15-i səhər saat 10 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb.

Yardımlı rayon sakini, 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlunun idarə etdiyi “Mercedes-Benz Viano” markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan Quba rayon sakini, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun idarə etdiyi “DAF” markalı, 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Nəticədə “Mercedes-Benz Viano”nun sürücüsü və onun 5 sərnişini hadisə yerində ölüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!