Şabranda yanğın törədən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Şabranda yanğın törədən şəxs saxlanıldı

Hadisə

05 Sentyabr 2022 09:19 858


Şabran Rayon Polis Şöbəsinə müraciət edən DYMH-nin dispetçeri rayon ərazisində 10 hektardan  artıq quru otlaq sahənin və kol-kos ərazinin yandırılması barədə məlumat verib. 

Bu barədə Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumatda bildirilib.

Hadisə yerinə cəlb edilən polis əməkdaşları yanğını törədən şəxsin rayon sakini Rizvan Cəfərov olduğunu müəyyən ediblər. Həmin şəxs ifadəsində hadisəni  ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən  törətdiyini bildirib . pizza

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı Şabran RPŞ-də  araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!