Şabrandakı yanğına görə 1 nəfər məsuliyyətə cəlb olundu

saytların hazırlanması

Evə çatdırılma

Şabrandakı yanğına görə 1 nəfər məsuliyyətə cəlb olundu

Hadisə

12 İyul 2022 16:24 899


Şabranda baş verən yanğınla əlaqədar 1 nəfər məsuliyyətə cəlb edilib. 

 Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Şabran RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib.  

Rayon sakini Elnur Nuriyev ona məxsus əkin sahəsindən keçən elektrik naqillərində və işıq dirəyində problem olmasına baxmayaraq, heç bir tədbir görməyib, eləcə də aidiyyatı qurumları məlumatlandırmayıb. pizza mizza

E.Nuriyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılmasına görə) maddəsinə uyğun olaraq inzibati qaydada pratokol tərtib edilib və araşdırılması üçün aidiyyatı üzrə Kənd Təsərrüfatı Nazirliyinə göndərilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!